Azərbaycanda qoyunçuluq aqroparkı yaradılacaq

İqtisadiyyat Materials 11 İyun 2026 14:44 (UTC +04:00)
Azərbaycanda qoyunçuluq aqroparkı yaradılacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2030-cu ilədək qoyunçuluq sektorunda istehsal həcminin təxminən 9 faiz artırılması planlaşdırılır. Bu isə öz növbəsində özünütəminetmə səviyyəsinin 94,2 faizdən 100 %-ə çatdırılmasına imkan yaradacaq.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.

R.Hüseynov vurğulayıb ki, bu istiqamətdə yeni intensiv qoyunçuluq təsərrüfatlarının yaradılması üçün dəstək mexanizmləri tətbiq olunacaq. Təsərrüfatların qurulması, avadanlıqların alınması və infrastruktur təminatı üzrə subsidiya və güzəştli mexanizmlər nəzərdə tutulur.

Direktor bildirib ki, paralel olaraq yun və dəri məhsullarına məhsul subsidiyasının tətbiqi planlaşdırılır:

“Bu da ölkə üçün yeni yanaşmalardan biridir. Eyni zamanda yem təminatının yaxşılaşdırılması məqsədilə 480 min hektar örüş və otlaq sahələrinin bərpası təşviq ediləcək və bu sahələr üzrə subsidiya mexanizmləri tətbiq olunacaq”.

O əlavə edib ki, bu istiqamətdə ilk pilot təşəbbüs kimi qoyunçuluq aqroparkının yaradılması nəzərdə tutulur. Hazırda Birləşmiş Ərəb Əmirliklərinin bir şirkəti ilə bu sahədə danışıqlar aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti