Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Siyasət Materials 11 İyun 2026 17:00 (UTC +04:00)
Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, 10 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Yaponiyaya ilk səfəri həyata keçirilib. Bu səfər son 17 il ərzində xarici işlər nazirinin ilk səfəri olub.

Səfər çərçivəsində nazir Ceyhun Bayramov Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi, Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqasının sədri və üzvləri ilə görüşlər keçirib, Yaponiya Beynəlxalq Münasibətlər İnstitutunda dəyirmi masa müzakirələrində çıxış edib. Səfərin yekununda Xarici İşlər Nazirliklərinin birgə mətbuat məlumatı dərc olunub.

Trend xəbər verir ki, səfər zamanı, Yaponiya xarici işlər nazirinin ölkəmizin strateji əhəmiyyəti, enerji təhlükəsizliyi və regional sabitliyin təmin edilməsi istiqamətində rolu barədə söylədikləri Yaponiya aparıcı mediasında geniş şəkildə yayılıb.

Nikkei Shinbun, Jiji Press, Kyodonews və s. kütləvi informasiya vasitələrində məlumatlar dərc edilib.

Dərc olunmuş məlumatlarda tərəflərin gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağı vurğulanıb, Azərbaycan-Yaponiya tərəfdaşlığının daha da inkişaf etdirilməsi və dostluq münasibətlərinin dərinləşdirilməsi istiqamətində qarşılıqlı maraq ifadə olunub.

Yaponiya tərəfi Yaxın Şərqdəki mürəkkəb vəziyyət fonunda Yaponiya naziri vətəndaşlarının İrandan təxliyəsinə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını diqqətə çatdırıb.

Yaponiya tərəfindən enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, insanlar arasında əlaqələr, dekarbonizasiya, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinə maraq ifadə olunduğu xəbərlərdə geniş şəkildə əks olunub.

Dünyanın aparıcı xam neft və təbii qaz istehsalçılarından biri olan Azərbaycan barədə danışan Yaponiya naziri Motegi bildirib ki, “Azərbaycan enerji təhlükəsizliyi və regional sabitlik baxımından mühüm ölkədir və Yaponiyanın vacib tərəfdaşıdır”. O, iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Yaxın Şərqdə gərgin vəziyyət fonunda xam neft tədarükü ilə bağlı qeyri-müəyyənliyin artdığı bir şəraitdə Yaponiyanın enerji mənbələrinin şaxələndirilməsi siyasəti həyata keçirdiyini, bu çərçivədə may ayında Azərbaycan neftini daşıyan tankerin Yokohama şəhərinə çatdığı məmnunluqla qeyd olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti