İşğaldan azad edilmiş ərazilərdə builki məzunların sayı açıqlanıb

Cəmiyyət Materials 11 İyun 2026 17:14 (UTC +04:00)
İşğaldan azad edilmiş ərazilərdə builki məzunların sayı açıqlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu il 116 550 nəfər şagird 11-ci sinfi bitirir.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, cari tədris ilində ölkə üzrə ümumilikdə 116 min 550 nəfər məzun olur. Onlardan: 55 min 954 nəfəri qız, 60 min 596 nəfəri oğlan şagirdlərdir.

Cari ildə işğaldan azad edilmiş ərazilərdə yerləşən, 11-də ilk dəfə olmaqla ümumilikdə 25 ümumi təhsil müəssisəsində “Son zəng” tədbiri keçiriləcək və 171 nəfər məzun məktəblə vidalaşacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti