“İdrak” liseyindəki silahlı insidentlə bağlı daha bir nəfər məsuliyyətə cəlb olunub

Cəmiyyət Materials 11 İyun 2026 12:47 (UTC +04:00)
“İdrak” liseyindəki silahlı insidentlə bağlı daha bir nəfər məsuliyyətə cəlb olunub
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

“İdrak” liseyində müəllimin güllələnməsi ilə bağlı silahın sahibi də cinayət məsuliyyətinə cəlb olunub.

Bu barədə Baş Prokurorluğun “Instagram” səhifəsində yayımlanan canlı yayımda Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin rəis müavini, Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev məlumat verib.

O bildirib ki, cinayət işi artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“Silahın sahibi ilə bağlı da cinayət təqibi aparılır. Nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, hadisə fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib. Liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimə xəsarət yetirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti