Bakı. Trend:
Tehran Vaşinqtonla imzalanan müqavilələr çərçivəsində nüvə silahı hazırlamamaq və ya almamaq öhdəliklərini öz üzərinə götürəcək.
Bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə deyib.
"Onların nüvə silahı olmayacaq. Onlar buna razılaşıblar", - deyə o bildirib.
ABŞ prezidenti əlavə edib ki, İran heç bir formada nüvə silahına sahib olmayacaq, almayacaq və ya hazırlamayacaqlar.
