Dünya çempionatının açılış matçında Meksika Cənubi Afrikanı məğlub edib

İdman Materials 12 İyun 2026 01:18 (UTC +04:00)
Dünya çempionatının açılış matçında Meksika Cənubi Afrikanı məğlub edib

Bakı. Trend:

Meksika futbol millisi dünya çempionatının açılış oyununda Cənubi Afrikanı 2-0 hesabı ilə məğlub edib.

Oyun Mexiko şəhərindəki "Asteka" stadionunda 80 824 tamaşaçının qarşısında baş tutub.

Qolları Julian Kinyones (9-cu dəqiqə) və Raul Ximenes (67) vurublar.

Afrika təmsilçisi görüşü 9 nəfərlə başa vurub. Əvvəlcə Yaya Sitole, daha sonra Temba Zvane qırmızı vərəqə alaraq meydanı tərk ediblər. Meksika millisinin heyətində isə Sesar Montes meydandan qovulub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti