Dünya çempionatı Meksika-CAR oyunu ilə start götürüb

İdman Materials 11 İyun 2026 23:07 (UTC +04:00)
Dünya çempionatı Meksika-CAR oyunu ilə start götürüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə 2026-cı il dünya çempionatı start götürüb.

Mundial A qrupunda Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən açılış oyunu ilə başlayıb. Paytaxt Mexiko şəhərində yerləşən “Asteka” stadionunda təşkil olunan qarşılaşmanı braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.

Bu qrupun digər matçı olan Cənubi Koreya-Çexiya görüşü iyunun 12-si Bakı vaxtı ilə səhər saat 06:00-da keçiriləcək.

Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq. ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi mundialda ilk dəfə 48 komanda mübarizə aparır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti