Hörmüz boğazı gəmiçilik üçün açıqdır - CENTCOM

Dünya xəbərləri Materials 12 İyun 2026 01:46 (UTC +04:00)
Hörmüz boğazı gəmiçilik üçün açıqdır - CENTCOM

Bakı. Trend:

Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır.

Bu barədə ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.

"Hörmüz boğazı tranzit üçün açıqdır. Hörmüz boğazından keçən ticarət gəmiləri üçün təhlükəsiz keçidlər yaradılıb. Bu keçidlər İran blokadasına əməl edən bütün gəmilər üçün əlçatandır", - deyə qeyd olunub.

Həmçinin bildirilib ki, İran Hörmüz boğazına nəzarət etmir.

Mərkəzi Komandanlığın məlumatına görə, son iki ay ərzində yüzlərlə ticarət gəmisi İranın dəniz blokadasını pozmadan boğazdan keçib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti