İsrailin Livana hava hücumları nəticəsində ölənlərin sayı 3711-ə çatıb

Dünya xəbərləri Materials 11 İyun 2026 23:41 (UTC +04:00)

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri cümə axşamı Livanın cənubundakı şəhərlərə və "Hizbullah"ın yerləşdiyi Qərbi Bekaa bölgəsinə hücum edib.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində orada 15 nəfər ölüb, 70 nəfər yaralanıb.

"Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri həlak olan mülki şəxslərin ümumi sayı 3711-ə, yaralıların sayı isə 11483-ə çatıb", - deyə nazirlik "X" sosial şəbəkəsində yazıb.

Livan Səhiyyə Nazirliyi qeyd edib ki, xilasetmə qrupları bombardmanlara məruz qalan Tir şəhəri və ətraf ərazilərdə dağıntıları təmizləməyə davam edir.

Xəbər lenti

Xəbər lenti