Bakı. Trend:
ABŞ hakimiyyəti Konqo Demokratik Respublikası futbolçularının Dünya Kubokunda iştirak etmək üçün ölkəyə daxil olmasına icazə verib.
Bu barədə "AFP" agentliyi xəbər verib.
"Ebola" virusunun yayılması ilə bağlı narahatlıqlar səbəbindən komandanın hazırlıqları dayandırılıb və oyunçular və məşqçi heyəti ABŞ-a uçmazdan əvvəl 21 günlük karantindən keçməli oldular. Konqo komandası artıq Hyustona eniş edib.