Bakı. Trend:
ABŞ ordusu Hörmüz boğazına doğru atılan iki İran pilotsuz təyyarəsini ələ keçirib.
Bu barədə Fox News-un jurnalisti Cennifer Qriffin mənbəyə istinadən məlumat verib.
"ABŞ Silahlı Qüvvələri İranın iki kamikadze hücum dronunu vurub", - deyə o "X" sosial şəbəkəsində yazıb.
Adı açıqlanmayan ABŞ rəsmisinin sözlərinə görə, Tehran "Hörmüz boğazından keçən ticarət gəmilərinə zərbə endirməyə cəhd edib".