Ağdaşda ildırım yük avtomobilini yandırıb

Hadisə Materials 12 İyun 2026 09:58 (UTC +04:00)
Ağdaşda ildırım yük avtomobilini yandırıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ağdaş rayonunda yük avtomobilində yanğın hadisəsi qeydə alınıb.

Trend-ə daxil olan məlumata görə, iyunun 11-i saat 22 radələrində rayonun Ləki kəndi ərazisində Nurlan Allahverdiyevin idarə etdiyi “DAF” markalı yük avtomobilinə ildırım düşməsi nəticəsində yanğın baş verib.

Hadisə zamanı avtomobilin yanar konstruksiyaları, eləcə də yük hissəsində daşınan soyuducular yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti