Bakı. Trend:
İran tərəfi ABŞ ilə saziş bağlamaq barədə hələ qərar qəbul etməyib.
Bu barədə "The Guardian" qəzeti İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqaiyə istinadən məlumat yayıb.
Bununla yanaşı, İsmayıl Bəqai vurğulayıb ki, Tehran özü üçün prinsipial əhəmiyyət daşıyan məsələlərdə güzəştə getməyəcək.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın əldə olunmasına çox yaxın olduqlarını bildirmişdi.
