Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Milli Kəşfiyyat direktoru vəzifəsinə Cey Kleytonun namizədliyini irəli sürüb.
Trend-in məlumatına görə, bu barədə D. Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Çox hörmətli Cey Kleytonun ABŞ-ın Milli Kəşfiyyat Direktoru vəzifəsinə namizədliyini irəli sürdüyümü məmnunluqla bildirirəm. O, ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının keçmiş sədri, dünyanın ən tanınmış və nüfuzlu hüquq şirkətlərindən biri olan Sullivan & Cromwell-in keçmiş rəhbəri, həmçinin hazırda Nyu-York ştatının Cənub Dairəsi üzrə federal prokurorudur. Bundan əlavə, onun mənim kabinetimin tərkibinə daxil edilməsi də nəzərdə tutulur", - deyə o bildirib.