Yaponiya təkmilləşdirilmiş "H3" raketinin sınaq uçuşunu həyata keçirib

Dünya xəbərləri Materials 12 İyun 2026 07:12 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın təkmilləşdirilmiş "H3" daşıyıcı raketi cümə günü səhər sınaq uçuşuna başlayıb.

Bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) məlumat verib.

Buraxılış Tanegasima kosmik mərkəzindən Tokio vaxtı ilə saat 09:52-də həyata keçirilib.

Raket faydalı yük kimi Günəşlə sinxron orbitə VEP-5 ölçü və çəki maketini və Yaponiya ilə Fransaya məxsus altı kiçik peyki çıxarmalıdır.

Bu buraxılış 22 dekabr 2025-ci ildə ikinci pillədə yaranan problem səbəbindən baş verən qəza sonrası raketin ilk uçuşudur. Qəza nəticəsində “Mitiçibiki-5” (QZS-5) naviqasiya peyki itirilib.

Xəbər lenti

Xəbər lenti