Pentaqon binası yanlış həyəcan siqnalı səbəbindən boşaldılıb

Dünya xəbərləri Materials 12 İyun 2026 05:08 (UTC +04:00)
Pentaqon binası yanlış həyəcan siqnalı səbəbindən boşaldılıb

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyinin binası binadakı təhlükəli maddələr detektorundan gələn yanlış siqnal səbəbindən bağlanıb və qismən təxliyə edilib.

Bu barədə "CNN" televiziya kanalı mənbələrə istinadən məlumat yayıb.

Üç mənbəyə görə, binanın bir neçə mərtəbəsi və dəhlizi bağlanıb, işçilər isə "təhlükəli maddələrlə bağlı hadisə" səbəbindən digərlərindən təxliyə ediliblər.

Bir mənbə bildirib ki, binadakı təhlükəli maddələr detektoru qarayara sporlarının mövcudluğunu aşkarlayıb və bu da təxliyəyə səbəb olub. Daha sonra sistemin nasaz işlədiyi və yanlış həyəcan siqnalı verdiyi məlum olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti