Bakı. Trend:
Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ Xəzinədarlıq Departamentinin nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının "X" hesabında paylaşım edilib.
Görüş çərçivəsində bank nəzarəti, maliyyə sabitliyinin təmin olunması, ödəniş sistemlərinin inkişafı, eləcə də maliyyə sektorunda risklərin idarə edilməsi, korporativ idarəetmə və tənzimləyici çərçivənin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Görüşdə Mərkəzi Bank ilə ABŞ Xəzinədarlıq Departamenti arasında əməkdaşlıq perspektivləri və qeyd olunan istiqamətlərdə texniki yardım layihələrinin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
