Bu günümüz, dünənimiz və Qarabağı azad etməyimizin tarixi məhz 15 iyun 1993-cü ildən başlayır - Hikmət Babaoğlu

Cəmiyyət Materials 12 İyun 2026 12:04 (UTC +04:00)
Bu günümüz, dünənimiz və Qarabağı azad etməyimizin tarixi məhz 15 iyun 1993-cü ildən başlayır - Hikmət Babaoğlu
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əgər biz bu günün fəlsəfəsindən çıxış edərək 33 il əvvəl baş verən hadisələrə qayıtsaq, görərik ki, bugünkü günümüzün, dünənimizin və Qarabağı azad etməyimizin tarixi məhz 15 iyun 1993-cü ildən başlayır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bugünkü iclasında deyib.

Millət vəkilinin sözlərinə görə, biz 1993-cü ilin iyun ayında, xüsusilə də iyunun 15-də baş verən hadisələri Azərbaycan milli dövlətçiliyinin xilası kimi dəyərləndiririk. Bu tarixin dövlətçilik tariximizdə nə qədər mühüm əhəmiyyəti varsa, ictimai-siyasi kontekstdə, ictimai düşüncədə və siyasi şüur baxımından da bir o qədər böyük fəlsəfəsi var.

"Qurtuluş Günü fəlsəfəsi üç mühüm ideyadan formalaşır.

Birincisi, dövləti xilas etmək və dövlət qurmaq; ikincisi, milli həmrəylik və bütövlük; üçüncüsü isə ictimai-siyasi sabitliyin bərqərar edilməsidir.

Bu üç paradiqmal ideya tarixin bütün dövrlərində – dünən də, bu gün də, gələcəkdə də aktual olacaq düşüncə tərzidir. Yəni bu, bir millətin dövlət qurmaq qabiliyyətini və istedadını nümayiş etdirir.

Lakin sosiologiya göstərir ki, bütün bu şərtlər mövcud olsa belə, onların həyata keçirilməsi üçün lider lazımdır. Millət həmrəyliyi də ola bilər, milli düşüncə də formalaşa bilər, amma bunları təmin edən lider yoxdursa, həmin xalqın siyasi təşkilatlanması dövlətə çevrilə bilməz.

Beləliklə, ideyaları əks istiqamətdən sıralasaq, birincisi, sabitliyi təmin etdik; ikincisi, milli düşüncədə və milli həmrəylikdə birliyi təmin etdik; üçüncüsü isə dövləti gələcəkdə daha da möhkəmləndirmək üçün addım atdıq", - deyə deputat qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti