NATO Kosovada şəxsi heyətin ixtisar edilməsinin səbəbini açıqladı

Dünya xəbərləri Materials 12 İyun 2026 16:12 (UTC +04:00)
NATO Kosovada şəxsi heyətin ixtisar edilməsinin səbəbini açıqladı
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Kosovodakı hərbi missiyası üçün şəxsi heyətin ixtisar edildiyini açıqlayıb.

Xarici media yazır ki, bu, əsasən Amerika kontingentinin ixtisarına görədir.

NATO-nun rəhbərlik etdiyi beynəlxalq sülhməramlı missiya KFOR (Kosovo Qüvvələri) tərkibindəki qoşunların sayının azaldılması bu bölgədə təhlükəsizlik şəraitinin yaxşılaşdırılması səbəbindən həyata keçiriləcək.

NATO diplomatlarının sözlərinə görə, ABŞ 4600 əsgərdən ibarət KFOR missiyasındakı şəxsi heyətini azaltmaq niyyətində olduğunu açıqlayıb.

NATO planlaşdırılan ixtisarın hansı digər ölkələrin kontingentinə təsir edəcəyini açıqlamayıb.

Xəbər lenti

Xəbər lenti