Hamburq hava limanından sərnişinlər təxliyə edildi

Dünya xəbərləri Materials 12 İyun 2026 16:00 (UTC +04:00)
Hamburq hava limanından sərnişinlər təxliyə edildi
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

Hamburq hava limanında təhlükəsizlik insidentindən sonra sərnişinlər təxliyə edilib.

Bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bütün sərnişinlər təxliyədən sonra yenidən uçuşdan əvvəl yoxlamadan keçməlidirlər.

"Hazırda uçuşlar dayandırılıb, lakin gəlişlər cədvələ uyğun olaraq davam edir", - deyə açıqlamada bildirilir.

Federal polis sözçüsünün sözlərinə görə, hadisə bir şəxsin təhlükəsizlik zonasına qanunsuz daxil olması ilə bağlı olub. Cinayətkar saxlanılıb.

Xəbər lenti

Xəbər lenti