Bakı. Trend:
Azərbaycanla Ekvador arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri vizadan azad ediləcək.
Trend-in məlumatına görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirə olunub.
Belə ki, “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi komitə iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.
