Rövşən Nəcəf SOCAR-ın minifutbol komandası ilə görüşüb

Yaşıl iqtisadiyyat Materials 12 İyun 2026 11:38 (UTC +04:00)
Rövşən Nəcəf SOCAR-ın minifutbol komandası ilə görüşüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyunun 11-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Mərakeş Krallığının Kasablanka şəhərində keçirilən III Dünya Korporativ Oyunlarında tarixi uğura imza ataraq turnirin qalibi olan SOCAR-ın minifutbol komandası ilə görüşüb.

Bu barədə SOCAR məlumat yayıb.

Görüş zamanı Rövşən Nəcəf III Dünya Korporativ Oyunlarında ölkəmizi layiqincə təmsil edən komanda üzvlərini qələbə münasibətilə ürəkdən təbrik edib. SOCAR prezidenti 54 komandanın iştirak etdiyi turniri məğlubiyyətsiz başa vuraraq Dünya Korporativ Oyunlarının vahid liqa formatında qalibi olan, ilk Azərbaycan komandası kimi tarixə düşən SOCAR komandasının nəticəsini yüksək qiymətləndirib.

Rövşən Nəcəf bu uğurun peşəkarlığın, intizamlı oyunun, əzmkarlığın və güclü komanda ruhunun parlaq nümunəsi olduğunu vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti