Bakı. Trend:
Azərbaycanda 5.1 maqnitudalı zəlzələ olub.
Bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, Qəbələ stansiyasından 11 km cənub-qərbdə Qəbələ rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5 - 3 bala qədər hiss olunub.
