Türkiyədə zəlzələ baş verib

Dünya xəbərləri Materials 13 İyun 2026 02:19 (UTC +04:00)
Türkiyədə zəlzələ baş verib

Bakı. Trend:

Türkiyənin Qaziantep vilayətində 4,6 maqnitudalı zəlzələ olub.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Nurdağı rayonunda, ocağı 7 kilometr dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti