Milli birlik İrana qarşı planların qarşısını almaqda həlledici rol oynadı - Pezeşkian

Dünya xəbərləri Materials 12 İyun 2026 20:19 (UTC +04:00)
Milli birlik İrana qarşı planların qarşısını almaqda həlledici rol oynadı - Pezeşkian
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

Milli birlik və həmrəylik İrana qarşı məkrli planların qarşısını almaqda həlledici rol oynadı.

İran mediası yazır ki, İran Prezidenti Məsud Pezeşkian bunu Tehranda keçirilən İran Tibb Elmləri Akademiyasının Baş Assambleyasında çıxış edərkən deyib.

Pezeşkian bildirib ki, İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneiyə, yüksək rütbəli hərbi komandirlərə, elm adamlarına və İranın elmi potensialına edilən hücumlar düşmənlərin İranın tərəqqisinə və inkişafına mane olmaq səylərini əks etdirir.

İran Prezidenti vurğulayıb ki, İran xalqı xarici təzyiq və təhdidlərə baxmayaraq, ölkənin müstəqilliyini, milli ləyaqətini və ərazi bütövlüyünü müdafiə etməyə davam edəcək.

Xəbər lenti

Xəbər lenti