İsrail ordusu Livanın cənubuna zərbələr endirib

Dünya xəbərləri Materials 13 İyun 2026 14:31 (UTC +04:00)
İsrail ordusu Livanın cənubuna zərbələr endirib
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubundakı hədəflərə hücum edib.

İsrail ordusu Nəbatiyyə şəhəri də daxil olmaqla, bölgədəki 20 yaşayış yerinin sakinlərinin təxliyə edilməsini tələb etdikdən sonra hücuma keçib.

Hücum nəticəsində tələfatlarla bağlı məılumat açıqlanmayıb.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri əhalinin dərhal Livan-İsrail sərhədindən təxminən 45 km məsafədə axan Zahrani çayından kənara çəkilməli olduğunu açıqlamışdı. Zahraninin cənubundakı əraziləri döyüş zonası elan edilib

İyunun əvvəlində ABŞ Dövlət Departamenti İsrail və Livanın münaqişəyə son qoymaq üçün danışıqların dördüncü raundunda irəliləyiş əldə etdiklərini, lakin bunun yalnız Hizbullahın hücumları tamamilə dayandırması şərti ilə mümkün olduğunu bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti