Xaçmaz rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri təntənə ilə qeyd olunub (FOTO)

Cəmiyyət Materials 13 İyun 2026 13:47 (UTC +04:00)
Xaçmaz rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri təntənə ilə qeyd olunub (FOTO)

Bakı.Trend:

Cəfər Cabbarlı adına Xaçmaz şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunan “Son zəng” tədbirində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin məsul əməkdaşları, valideynlər və məzunlar iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev məzunları və pedaqoji kollektivi qarşıdan gələn 15 İyun – Milli Qurtuluş Günü və “Son zəng” münasibətilə təbrik edib. Qeyd edib ki, son illərdə Xaçmaz rayonu da daxil olmaqla, respublika ərazisində yüzlərlə məktəb binası tikilib, mövcud binalar əsaslı şəkildə təmir olunub və təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilib. Bu istiqamətdə işlər ardıcıl şəkildə davam etdirilir.

Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abasov təhsilə göstərilən dövlət qayğısından və bu qayğının təzahürü olaraq əldə olunan uğurlardan danışıb.

Tədbirin rəsmi hissəsində tədris ili ərzində müxtəlif fənn müsabiqələrində, olimpiadalarda və buraxılış imtahanlarında yüksək nəticələr göstərən şagirdlər mükafatlandırılıblar.

Tədbirdə məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar nümayiş etdirilib.
Sonda məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri 11 illik məktəb həyatının “Son zəng”i çalınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti