Ağdamda mağazaya düşən ildırım nəticəsində baş verən yanğın söndürülüb (FOTO) (YENİLƏNİB)

Hadisə Materials 14 İyun 2026 10:20 (UTC +04:00)
Ağdamda mağazaya düşən ildırım nəticəsində baş verən yanğın söndürülüb (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdam rayonunun Qaradağlı kəndində mağazaya düşən ildırım nəticəsində baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

XXX

08:57

İyunun 14-də səhər saatlarında Ağdam rayonunda mağazada yanğın baş verib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. İlkin məlumata görə, ildırım kənd sakini İbadov Fikrət Soltan oğluna məxsus mağazaya düşüb və nəticədə yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və xüsusi texnikaları cəlb olunub. Operativ müdaxilə nəticəsində alovun yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti