SSRİ-nin silahlanmaya qəbul etmədiyi təyyarə Hindistanda qəzaya uğrayıb

Dünya xəbərləri Materials 13 İyun 2026 12:53 (UTC +04:00)
SSRİ-nin silahlanmaya qəbul etmədiyi təyyarə Hindistanda qəzaya uğrayıb
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanda An-32 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Bu barədə Hindistan Hərbi Hava Qüvvələri məlumat yayıb.

Hindistanın şimal-şərqindəki Assam ştatının Corhat şəhərində təyyarə qəzası baş verib. Hərbi təyyarə Corhat hava bazasına eniş edərkən qəzaya uğrayıb. Xilasedicilər hadisə yerində işləyir, lakin itki sayı barədə məlumat verilməyib.

Hindistan Hərbi Hava Qüvvələri qəzanın səbəbini müəyyən etmək üçün xüsusi komissiya yaradılacağını açıqlayıb.

An-32 Sovet aviasiyası tarixində xüsusi olaraq ixrac üçün hazırlanmış və SSRİ-də silahlanmaya qəbul edilməyən yeganə təyyarədir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti