Bakı. Trend:
İyunun 13-də ABŞ-nin Cənubi Karolina ştatının Qrinvill şəhərindəki ticarət mərkəzində baş verən atışma nəticəsində bir neçə nəfər yaralanıb.
Bu barədə "Fox News" televiziya kanalının yerli bölməsi bildirib.
Məlumata əsasən, ən azı iki nəfər xəstəxanaya aparılıb.
Polis bir neçə şübhəli şəxsi saxlayıb. Hüquq-mühafizə orqanları hesab edir ki, hadisə sonradan silahlı insidentə çevrilən mübahisə ilə başlayıb