Seyid Əli Xameneinin dəfn vaxtı və yeri açıqlandı

Dünya xəbərləri Materials 13 İyun 2026 15:16 (UTC +04:00)
Seyid Əli Xameneinin dəfn vaxtı və yeri açıqlandı
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

İran keçmiş Ali Rəhbər Əli Xameneinin dəfn mərasimlərinin keçiriləcəyi yer və vaxt açıqlanıb.

İran mediası yazır ki, dəfn mərasimləri iyulun 4-də Tehranda başlayacaq və keçmiş Ali Rəhbər iyulun 9-da Məşhəd şəhərində dəfn olunacaq.

Xamenei və ailə üzvləri üçün mərasimlər 4-9 iyul tarixlərində Tehran, Qum və Məşhəddə keçiriləcək.

Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti