Azərbaycan və ABŞ investisiya layihələrini müzakirə ediblər

İqtisadiyyat Materials 13 İyun 2026 17:05 (UTC +04:00)
Azərbaycan və ABŞ investisiya layihələrini müzakirə ediblər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında potensial investisiya layihələri müzakirə edilib.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"ABŞ-nin Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyasının baş icraçı direktoru Ben Blək ilə görüşməkdən məmnun olduq.

Azərbaycan – ABŞ Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq potensial investisiya layihələrini və İqtisadi Dialoq çərçivəsində təşəbbüslərin reallaşdırılması imkanlarını dəyərləndirdik.

Azərbaycanın investisiya prioritetləri, ABŞ-nin maliyyə institutları ilə birgə fəaliyyət imkanlarını müzakirə etdik", - paylaşımda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti