ABŞ millisinin müdafiəçisi rekorda imza atıb

İdman Materials 13 İyun 2026 14:16 (UTC +04:00)
ABŞ millisinin müdafiəçisi rekorda imza atıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

​Amerika Birləşmiş Ştatlarının milli komandası dünya çempionatının ilk turunun oyununda Paraqvay yığmasına 4:1 hesabı ilə qalib gəlib.

Maurisio Poçettinonun komandasının mərkəz müdafiəçisi Kris Riçards bu qarşılaşmada komandada yoldaşlarına 83 ötürmə edib. ​Bu ötürmələrin hər biri dəqiq ünvanına çatıb.

​Bu, statistikanın aparılmağa başladığı 1966-cı ildən bəri dünya çempionatları tarixində bir oyunda 70-dən çox ötürmə edib 100 fiaz dəqiqlik göstərən futbolçunun qeydə alındığı ilk belə haldır.

Qeyd edək ki, ​ABŞ milli komandası növbəti matçını Avstraliya yığmasına qarşı keçirəcək.

Xəbər lenti

Xəbər lenti