Bakı. Trend:
ABŞ İranla bağlanmış müqavilənin bir hissəsi olaraq İranın 24 milyard dollarlıq dondurulmuş aktivlərini blokdan çıxarmağa razılaşıb.
Bunu İslam Respublikasının Ali Liderinin müşaviri general Möhsün Rezai bildirib.
Onun sözlərinə görə, ABŞ prezidenti İranın dondurulmuş vəsaitlərinin bir hissəsinin blokadan çıxarılmasını təsdiqləyib, lakin hələlik bunu ictimaiyyətə açıqlamağa hazır deyil.
Xatırladaq ki, ötən gün ABŞ vitse-prezidenti Ceyms Di Vens sosial mediada İranın aktivlərinə qarşı sanksiyaların ləğv edilməsi ilə bağlı şayiələri təkzib edib. O, ölkəyə heç bir vəsait verilməyəcəyini, sadəcə müqavilənin imzalanması və ya danışıqlarda iştirak edən İran nümayəndələri tərəfindən heç bir maliyyə resursunun alınmayacağını bildirib.
Vens qeyd edib ki, müqavilə, ilk növbədə , Vaşinqton və müttəfiqlərinin narahatlıqlarını nəzərə alır və Tehranın öz öhdəliklərini yerinə yetirəcəyi təqdirdə həm respublikanın özünün, həm də bütün Yaxın Şərqin iqtisadi fayda əldə edəcəyini təmin etmək üçün qurulub.
