Aİ-nin bütün ölkələri Ukrayna və Moldova ilə üzvlük danışıqlarının başlanmasını dəstəkləyiblər

Dünya xəbərləri Materials 12 İyun 2026 22:58 (UTC +04:00)
Aİ-nin bütün ölkələri Ukrayna və Moldova ilə üzvlük danışıqlarının başlanmasını dəstəkləyiblər

Bakı. Trend:

Avropa İttifaqı iyunun 15-də Ukrayna və Moldovanın Aİ-yə inteqrasiyası ilə bağlı danışıqlar prosesinin ilk mərhələsinə rəsmi start verəcək.

Bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu gün Avropa İttifaqı mühüm qərar qəbul edib. Bütün üzv dövlətlər Ukrayna və Moldova ilə üzvlük danışıqlarının ilk klasterinin açılmasını dəstəkləyiblər", - o bildirib.

Qeyd edək ki, üzvlük danışıqlarının başlanması həmin ölkələrin dərhal Avropa İttifaqına qəbul ediləcəyi demək deyil. Aİ-yə üzvlük prosesi genişmiqyaslı islahatların həyata keçirilməsini və bütün üzv ölkələrin yekdil razılığını tələb edən uzunmüddətli mərhələlərdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti