Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 12 İyun 2026 19:32 (UTC +04:00)
Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunub:

"Dost və qardaş Azərbaycan xalqının azadlığa, müstəqilliyə sarsılmaz inamının rəmzi olan 28 May - Müstəqillik Günü və 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Zati-alinizi, Azərbaycan Hökumətini və xalqını səmimi-qəlbdən təbrik edirəm. Azadlıq və müstəqillik uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini minnətdarlıq və ehtiramla yad edirəm.

Azərbaycanın şanlı Vətən müharibəsində əldə etdiyi böyük nailiyyətlər nəticəsində Vətən torpaqlarının azad edilməsi tarixə müstəsna bir Qələbə kimi daxil olub. Bu şanlı Zəfər təkcə Azərbaycan xalqı üçün deyil, eyni zamanda, bütün türk dünyası üçün qürur və sevinc mənbəyidir.

Dost və qardaş ölkələrimiz arasındakı əlaqələrin “Bir millət, iki dövlət” şüarı ilə bütün sahələrdə daha da möhkəmlənəcəyinə inamım qətidir. Əminəm ki, yüksələn Türkiyə və Azərbaycan öz bölgələrində sülh, sabitlik, inkişaf və rifahın təmin edilməsində ən fəal ölkələr kimi səylərini davam etdirəcəklər.

Zati-aliləri, bu bayramlar münasibətilə Sizə ən xoş arzularımı çatdırıram".

Xəbər lenti

Xəbər lenti