Qırğızıstan İT işçilərini 5 il müddətinə vergi ödəməkdən azad edib

Dünya xəbərləri Materials 12 İyun 2026 18:12 (UTC +04:00)
Qırğızıstan İT işçilərini 5 il müddətinə vergi ödəməkdən azad edib
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstanda İT şirkətləri üçün bir sıra vergi güzəştləri təmin ediləcək.

Bu barədə Qırğızıstan vergi xidməti məlumat verib.

İT işçiləri, süni intellekt (Sİ) və tətbiq tərtibatçıları, bloqçular, xarici şirkətlər üçün uzaqdan işləyənlər və startaplar 5 il müddətinə vergi ödəməkdən azad edilib.

Bundan əlavə, bu kateqoriya üçün 5% güzəştli gəlir vergisi dərəcələri və 12% sığorta haqları müəyyən ediləcək.

Vurğulanır ki, bu tədbir Qırğızıstanın İT, süni intellekt və yaradıcı sənaye sahələrinin inkişafı üçün regional mərkəzə çevrilməsinə imkan verəcək, dünyanın hər yerindən istedadlı mütəxəssisləri, innovativ şirkətləri və investisiyaları cəlb edəcək.

Güzəştli vergi rejimi sahibkarlara biznesin inkişafına, yeni texnologiyaların tətbiqinə və yerli şirkətlərin rəqabət qabiliyyətinin artırılmasına daha çox vəsait ayırmağa kömək edəcək.

Xəbər lenti

Xəbər lenti