Universitetlər Məzun Gününü harada və nə vaxt keçirir?

Cəmiyyət Materials 12 İyun 2026 19:08 (UTC +04:00)
Universitetlər Məzun Gününü harada və nə vaxt keçirir?
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2025/2026-cı tədris ilində Azərbaycanın ali təhsil müəssisələrindən ümumilikdə 63 min nəfər tələbə məzun olur. Universitetlər artıq Məzun Günü tədbirlərinin tarixlərini müəyyənləşdiriblər.

Bakı Dövlət Universitetindən Trend-ə bildirilib ki, bu tədris ilində universitet üzrə 6 minədək tələbə məzun olur. BDU-da Məzun Günü tədbiri bu gün Milli Gimnastika Arenasında keçirilir.

Azərbaycan Tibb Universitetində isə Məzun Günü tədbirinin 10 iyul 2026-cı il tarixində keçirilməsi nəzərdə tutulur. Tədbir Baku Marriott Hotel Boulevardda təşkil olunacaq. Bu il universitetin 7 ixtisası üzrə 1223 tələbə məzun olur.

Azərbaycan Dövlət İqtisad Universitetində Məzun Günü 30 iyun tarixində Baku Crystal Hallda keçiriləcək.

Azərbaycan Dövlət Pedaqoji Universitetində də Məzun Gününün 30 iyun tarixində təşkili planlaşdırılır.

Qarabağ Universitetindən verilən məlumata görə isə bu il universitetin məzunu yoxdur.

Xəbər lenti

Xəbər lenti