Polis çaya düşən azyaşlının həyatını xilas etdi (VİDEO)

Hadisə Materials 12 İyun 2026 18:41 (UTC +04:00)
Polis çaya düşən azyaşlının həyatını xilas etdi (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Qusar rayonu ərazisində çaya düşərək köməksiz vəziyyətdə qalan azyaşlı polis əməkdaşının çevik və operativ müdaxiləsi nəticəsində xilas edilib.

Trend xəbər verir ki, ərazidə olan Qusar RPŞ-nin əməkdaşı uşağı sudan çıxarıb və onun həyatını təhlükədən qurtarıb.

Hadisə zamanı azyaşlını xilas etmək üçün özünü suya atan azyaşlının babası - 65 yaşlı Şamil Muradov isə güclü axının təsiri ilə boğularaq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti