Bakı. Trend:
ABŞ baş prokurorlarının koalisiyası OpenAI ilə bağlı araşdırmaya başlayıb.
Xarici media yazır ki, OpenAI-yə cümə günü Nyu-York Baş Prokuroru tərəfindən çağırış vərəqi təqdim edilib. Çağırış vərəqəsində şirkətdən əməliyyatlarını və istifadəçilərə təsirini ətraflı şəkildə əks etdirən sənədlər təqdim etməsi tələb olunur. Buraya reklam, auditoriyanın cəlb edilməsi və saxlanması metodları və şəxsi məlumatların emalı mexanizmləri daxildir. Çağırış vərəqəsində platformanın yetkinlik yaşına çatmayanlar və yaşlılarla qarşılıqlı əlaqəsi ilə bağlı sorğular da yer alır.
OpenAI Baş Prokurorluğun ofisləri ilə konstruktiv əməkdaşlıq etmək niyyətində olduğunu açıqlayıb.
İyun ayının əvvəlində Florida hakimiyyəti OpenAI-nin baş direktoru Sem Altmana qarşı yetkinlik yaşına çatmayanlara zərər verdiyinə görə məhkəmə iddiası qaldıran ilk ABŞ ştatı olub . Onlar platformanı qəsdən yanlış məlumatlandırmaqda ittiham ediblər.
