Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

İdman Materials 14 İyun 2026 03:10 (UTC +04:00)
Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Bakı. Trend:

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik komanda ilə müqaviləsinin müddətini uzadıb.

Bu barədə Avstriya Futbol Federasiyasının rəsmi saytında məlumat verilib.

Məlumata əsasən, almaniyalı çalışdırıcı ilə müqavilə 2028-ci ilədək nəzərdə tutulub. 67 yaşlı mütəxəssis 2022-ci ildən Avstriya millisinin baş məşqçisidir.

Dünya çempionatının J qrupunda yer alan yığma Argentina, Əlcəzair və İordaniya ilə üz-üzə gələcək

Xəbər lenti

Xəbər lenti