İsrail Livanın cənubundakı 70 "Hizbullah" hədəfinə hücum edib

Dünya xəbərləri Materials 13 İyun 2026 20:36 (UTC +04:00)
İsrail Livanın cənubundakı 70 "Hizbullah" hədəfinə hücum edib

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (SAXAL) 24 saat ərzində Livanın cənubundakı "Hizbullah" hərəkatının 70 hərbi hədəfinə hücum edib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"24 saat ərzində Livanın cənubundakı "Hizbullah" terrorçularının 70 hədəfinə, o cümlədən "Hizbullah"ın raket atıcıları və hərbi obyektlərinə zərbələr endirilib", - deyə açıqlamada qeyd olunub.

Bildirilib ki, Bundan əlavə, Livanın cənubunda İsrail Müdafiə Qüvvələri əsgərlərinin fəaliyyət göstərdiyi ərazidə müəyyən edilmiş terrorçular məhv edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti