Dünya çempionatı: Braziliya millisi xal itirib

İdman Materials 14 İyun 2026 04:12 (UTC +04:00)
Dünya çempionatı: Braziliya millisi xal itirib

Bakı. Trend:

Futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib.

C qrupunun matçında Braziliya və Mərakeş komandaları üz-üzə gəlib. Nyu Cersi ştatının İst Raterford şəhərindəki "Metlayf" stadionunda baş tutan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İsmael Saibari 21-ci dəqiqədə Mərakeşi hesabda önə çıxarıb. Vinisius Junior 32-ci dəqidə bərabərlik qoluna imza atıb.

Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi mundiala iyulun 19-da yekun vurulacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti