Dünya çempionatı: Qətər millisi İsveçrə ilə heç-heçə edib

İdman Materials 14 İyun 2026 01:27 (UTC +04:00)
Dünya çempionatı: Qətər millisi İsveçrə ilə heç-heçə edib

Bakı. Trend:

Futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib.

B qrupunun matçında Qətər və İsveçrə komandaları üz-üzə gəlib. "San Francisko Bay Area" stadionunda baş tutan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Avropa təmsilçisinin qolunu 17-ci dəqiqədə penaltidən Brel Embolo vurub. Qətərin qoluna isə 90+4-cü dəqiqədə Bualem Xusi imza atıb.

Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın ev sahibliyi etdiyi mundiala iyulun 19-da yekun vurulacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti