İranın zənginləşdirilmiş uranı “uyğun vaxtda” məhv ediləcək - Tramp

Dünya xəbərləri Materials 13 İyun 2026 23:13 (UTC +04:00)
İranın zənginləşdirilmiş uranı “uyğun vaxtda” məhv ediləcək - Tramp

Bakı. Trend:

ABŞ zənginləşdirilmiş İran uranın çıxarılması və utilizasiyası məsələsini "uyğun vaxtda" həll edəcək.

Bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

O, bunun müqavilənin bağlanmasından nə qədər sonra baş verəcəyini açıqlamayıb.

"Uyğun vaxtda, hər şey sakitləşəndə, biz ora gedib möhtəşəm "B-2" bombardmançı təyyarələrimiz və onların parlaq pilotları sayəsində qüdrətli qranit dağlarının altında basdırılmış nüvə tozunu əldə edəcəyik və istər İranda, istərsə də ABŞ-da olsun, onu məhv edəcəyik", - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti