İngiltərəli oyunçuların ayaqqabılarını oğurlayıblar

İdman Materials 13 İyun 2026 16:14 (UTC +04:00)
İngiltərəli oyunçuların ayaqqabılarını oğurlayıblar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin futbol üzrə milli komandası ABŞ-də təhlükəsizlik pozuntusunun qurbanı olub.

Xarici media yazır ki, Kanzas-Siti şəhərində keçirilən Dünya Kubokunun ilk oyununa hazırlıqdan əvvəl komandanın idman ayaqqabıları, məşq topları və digər zəruri komanda ləvazimatları oğurlanıb."

Bildirilir ki, oğurluq komandanın təlim-məşq düşərgəsinə daşınarkən baş verib. Kanzas-Siti polisi hadisəni araşdırır və iki şübhəlinin həbs olunduğunu açıqlayıb.

İngiltərə millisi 17 iyunda Xorvatiya ilə oyuna hazırlıqları pozmamaq üçün təcili olaraq oğurlanmış əşyaları bərpa etməyə çalışır.

Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. İngiltərə qrup mərhələsində Xorvatiya, Qana və Panama ilə mübarizə aparacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti