"Fukuşima-1" AES-də suyun axıdılması bərpa olunub

Dünya xəbərləri Materials 14 İyun 2026 06:03 (UTC +04:00)
"Fukuşima-1" AES-də suyun axıdılması bərpa olunub

Bakı. Trend:

Yaponiyanın qəza vəziyyətində olan "Fukuşima-1" atom elektrik stansiyasının operatoru olan "TEPCO" şirkəti son bir neçə gündə təcili siqnalizasiyanın işə düşməsi səbəbindən ikinci dəfə dayandırılan təmizlənmiş suyun axıdılmasını bərpa edib.

Bu barədə şirkətin bildirişində qeyd olunub.

Siqnalizasiyanın işə düşməsinə səbəb nasos stansiyalarında suyun həcminin azalması olub. Lakin aparılan yoxlamalar zamanı heç bir pozuntu aşkarlanmayıb, sızma faktı qeydə alınmayıb. Bundan əvvəl, iyunun 10-da da siqnalizasiyanın işə düşməsi səbəbindən suyun axıdılması dayandırılmış, lakin sonradan bərpa edilib.

Stansiyada hazırda təmizlənmiş suyun buraxılmasının iyirminci mərhələsi həyata keçirilir və əvvəlki mərhələlərdə olduğu kimi, bu mərhələdə də okeana 7800 ton suyun buraxılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti