"Nyu-York" 53 ildən sonra ilk dəfə NBA çempionu olub

İdman Materials 14 İyun 2026 07:46 (UTC +04:00)
"Nyu-York" 53 ildən sonra ilk dəfə NBA çempionu olub

Bakı. Trend:

Milli Basketbol Assosiasiyasının (NBA) pley-off finalının 5-ci oyununda "Nyu-York" komandası "San Antonio" komandasını 94-90 hesabı ilə məğlub edib.

Beləliklə, "Nyu-York" 1973-cü ildən bəri ilk dəfə çempionluğu qazanıb.

Dörd qələbəyədək davam edən seriyada hesab "Nyu-York"un xeyrinə 4:1 olub. Klub tarixində üçüncü dəfə NBA çempionu adını qazanıb. Komanda ilk iki çempionluğunu 1970 və 1973-cü illərdə əldə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti