Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

İdman Materials 14 İyun 2026 12:05 (UTC +04:00)
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bakı. Trend:

İtaliyanın Montesilvano şəhərində yeniyetmələr arasında şahmat üzrə dünya çempionatı keçiriləcək.

14, 16 və 18 yaş kateqoriyasında təşkil olunacaq yarışda 86 ölkə təmsil olunacaq.

Azərbaycan mötəbər turnirə məşqçi Fərid Abbasovun rəhbərliyi altında Xaqan Əhməd, Tunar Davudov, Fərid Orucov, Paşam Əlizadə, Şəmsi Qaraxanov, Nərmin Abdinova, Lalə Hüseynova və Zəhra Allahverdidən ibarət heyətlə yollanıb.

İlk turun partiyaları sabah oynanılacaq. Dünya çempionatı iyunun 26-da yekunlaşacaq.

Xəbər lenti

Xəbər lenti