BAEA ABŞ-İran razılaşmalarının yoxlanılmasında vasitəçi kimi çıxış etməyə hazırdır

Dünya xəbərləri Materials 14 İyun 2026 08:22 (UTC +04:00)
BAEA ABŞ-İran razılaşmalarının yoxlanılmasında vasitəçi kimi çıxış etməyə hazırdır

Bakı. Trend:

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ABŞ və İran arasında nüvə enerjisi ilə bağlı potensial razılaşmalara riayət olunmasının yoxlanılmasında vasitəçi olmağa hazırdır.

Bu barədə BAEA-nin baş direktoru Rafael Qrossi deyib.

"Agentlik üçün ən vacib məsələ yoxlamadır və bizim iştirakımız mütləq təmin edilməli olan çox mühüm bir formallıqdır", - deyə R. Qrossi Vyanada dünya mediasının nümayəndələri ilə görüşdə bildirib.

"Onlar razılığa gəldikdən və yoxlama prosesini üzərimizə götürməyimizi xahiş etdikdən sonra mən [BAEA İdarəçilər Şurasına] müraciət etməli və bunu həyata keçirmək üçün onların icazəsini almalı olacağam", - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti